“Blue Origin” şirkəti altıncı turistik kosmik uçuşunu həyata keçirib.
Səyahətçilər üç dəqiqə ərzində çəkisizlik mühitində qalıb və sonradan yerin orbitinə qayıdiblar.
“NS-22” adlı uçuş ABŞ-ın Texas ştatından həyata keçirilib. “New Shepard” kosmik gəmisi bu dəfə orbitə 6 nəfəri daşıyıb.
Qeyd edək ki, “Blue Origin” “Amazon” şirkətinin qurucusu Ceff Bezosun kosmik nəqliyyat şirkətidir. O, 2000-ci ildə təsis edilib və ilk turistik kosmik səfərini ötən ilin iyulunda edib.
Mənbə: TRT