BMT İranda insanlara qarşı zorakılıqdan narahatlığını bildirib

BMT İranda insanlara qarşı zorakılıqdan narahatlığını bildirib

BMT-nin baş katibi Antonio Quterreş İranda insan haqlarının vəziyyəti ilə bağlı son hesabatında ölkədə edamların artması, etirazçıların həbsi, tələbə və müəllimlərə qarşı təzyiqləri, o cümlədən, qadınlara qarşı ayrı-seçkiliyi narahatedici adlandırıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

BMT İran hökumətindən həbs olunan etirazçıları azad etməyi və edamlara son qoymasını tələb edib.

Hesabata əsasən, bu ilin ilk yeddi ayında İranda ən azı 419 nəfər edam edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.

Qeyd edək ki, göstərilən rəqəmlərdən 239 edam cəzası narkotik cinayətləri ilə əlaqəlidir.

 

Share: