5-9 mart 2023-cü il tarixlərində Qətərin paytaxtı Doha şəhərində Az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) çərçivəsində Azərbaycan tərəfindən sözügedən ölkələrdə yoxsulluqla mübarizə, səhiyyə, təhsil və ətraf mühit kimi dayanıqlı inkişaf istiqamətlərində görülən işlərin və yardımların nümayişi məqsədilə sərgi təşkil olunub.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
İştirakçıların geniş marağına səbəb olan sözügedən sərgidə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən ölkəmizin xüsusilə LDC ölkələrinə beynəlxalq yardımını əks etdirən video və çap materialları təqdim edilib.