Boladi kəndi nə vaxta qədər susuz qalacaq?

Boladi kəndi nə vaxta qədər susuz qalacaq?

Lənkəran rayonunun ən böyük kəndlərindən biri olan Boladi kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər. 

Maşınlarla aldıqları su da 5-10 gündən sonra qurd salır. Təbii ki, bu da onların həyatına təhlükə yarada bilər. Ən acınacaqlısı isə odur ki, sakinlər təsərrüfatda da məhz bu sudan istifadə etmək məcburiyyətində qalıblar. 

Kənddə içməli su sistemi olmadığından, sakinlər həyətlərində quyu və ya artezian qazmağa məcbur olurlar. Quyulardan çıxan su da şor olur. Şoran su isə həm məişətdə istifadəyə, həm əkinə, həm də maldarlıq üçün yararsız hesab olunur. Kəndin əksər həyətyanı sahələrində orqanizm üçün ziyanlı hesab edilən azbes çənlərə rast gəlmək mümkündür. Sakinlər qarşılaşdıqları su problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə hasil olmayıb. 

Məsələ ilə bağlı Boladi kənd ərazi icra nümayəndəsi Nizami Hüseynov şifahi olaraq bildirib ki, Lənkəran rayonunun Boladi kəndinin əksər hissəsində suların duzluluğu normadan dəfələrlə çox olduğundan vətəndaşların içməli su təminatında çətinliklər yaranır. 

Rayon ərazisində dövlət vəsaiti hesabına artezian quyuların qazılması nəzərdə tutulsa da, suların duzlu olması ilə əlaqədar ərazidə bu quyuların qazılması məqsədəmüvafiq sayılmır. Bununla bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə mənbəyi Yuxarı Xanbulançay Hidroqovşağı olmaqla əraziyə su xətlərinin çəkilməsi barədə “Azərsu” ASC-yə və digər təşkilatlara məktublar göndərilib. Gələcəkdə kəndin içməli su ilə təminatının yaxşılaşdırılması üçün aidiyyəti orqanlar tərəfindən layihələndirmə istiqamətində işlər aparılır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Share: