Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Britaniya parlamentinin deputatı vəzifəsini tərk edib.
“Mən Aksbric və Saut-Rayslip Assosiasiyasına (Consonun İcmalar Palatasına seçildiyi – red.) yazdım ki, dərhal vəzifəmi tərk edirəm və təcili şəkildə növbədənkənar seçki proseduruna başlayıram”, – deyə siyasətçinin yaydığı məlumatda bildirilib.
Conson vəzifəsini tərk etməsi barədə müstəqil ictimai sorğunun nəticələrini aldıqdan sonra açıqlama verib. Bu sorğu çərçivəsində Britaniya hökumətinin pandemiyanın müxtəlif mərhələlərində koronavirus təhlükəsinə necə reaksiya verdiyi və hansı səhvlərin qarşısının alına biləcəyi ilə bağlı ətraflı araşdırma aparılıb.
Böyük Britaniya Nazirlər Kabinetinin bütün üzvlərinin, o cümlədən hökumət başçısının deputat olmasının tələb olunduğunu nəzərə alsaq, bu addım Consonun baş nazirliyə qayıtması imkanının üzərindən xətt çəkir. Bu ehtimal barədə KİV-fə ötən ilin iyulunda onun baş nazir postundan getməsindən sonra dəfələrlə xəbərlər dərc olunub.
Mənbə: TASS