Böyük Britaniyanın baş naziri Rişi Sunak öncədən elan olunmamış bir səfərlə Kiyevə gedib.
Görüşün videosunu Ukrayna Prezidenti Volodimir Zelenski dərc edib.
“Müharibənin ilk günlərindən Ukrayna və Böyük Britaniya güclü müttəfiq olublar. Bugünkü görüşdə həm ölkələrimiz, həm də qlobal təhlükəsizlik üçün ən vacib məsələləri müzakirə etdik”, – Zelenski yazıb.
“Biz birlikdə daha güclüyük və istədiyimiz nəticələrə nail olacağıq”, – o vurğulayıb.
Xatırladaq ki, ilk telefon danışığı zamanı Volodimir Zelenski Sunakı Ukraynaya dəvət etmişdi və o, yaxın gələcəkdə ölkəyə səfər niyyətini təsdiqləmişdi.