Böyük Dəbilqə: Son gündə Azərbaycanın iki cüdoçusu finala yüksəldi

Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

“Report”un məlumatına görə, 100 kq-da çıxış edən Zelim Kotsoyev və 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri həlledici görüşə vəsiqə qazanıblar.

Onlar qızıl medal uğrunda qarşılaşmada müvafiq olaraq niderlandlı Mixael Korrel və monqolustanlı Tsetsensengel Odxugiyn ilə üz-üzə gələcəklər.

90 kq-da yer alan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedonu sınağa çəkəcək.

Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb.

Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.

11:26

İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.

“Report”un məlumatına görə, son yarış günündə Azərbaycan millisinin dörd üzvü mübarizəyə qoşulacaq.

90 kq-da çıxış edən Məmmədəli Mehdiyev türkmənistanlı Məmmədəli Açıldıyevlə üz-üzə gələcək.

100 kq-da yer alan Zelim Kotsoyevin rəqibi Rafael Buzakarini (Braziliya) – Tomas Brisenyo (Çili) görüşünün qalibi olacaq. 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri Mirça Krotoriy (Rumıniya) – Freddi Fiqeroa (Çili) cütünün, Camal Qamzatxanov isə Xose Nova Alkantara (Dominikan Respublikası) – Losseni Kone (Almaniya) cütünün güclüsünü sınağa çəkəcək.

Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.

Share: