Böyük Britaniya baş nazirinin müavini Dominik Raab istefa verib.
O, zorakılıq şikayətləri ilə bağlı müstəqil araşdırma başa çatdıqdan sonra istefasını bəyan edib.
Baş nazir Rişi Sunaka “Twitter”də yazdığı məktubda Raab deyib:
“Mən istintaq tələb etdim və zorakılığa dair hər hansı bir dəlil olarsa, istefaya getməyi vəd etdim. Sözümü tutmağın vacib olduğuna inanıram”.
O həmçinin əlavə edib:
“Bu istintaq təhlükəli presedent yaratdı. Bu, nazirlərə qarşı iddialı şikayətləri təşviq edəcək və hökumətiniz adından dəyişiklik edənlərə və nəticədə Britaniya xalqına çəkindirici təsir göstərəcək”.
Yanvar ayında azı 24 britaniyalı dövlət qulluqçusu Böyük Britaniyanın baş nazirinin müavini və ədliyyə naziri Dominik Raabın bullinqi ilə əlaqəli iddia qaldırıblar – guya o, tez-tez aqressiv, kobud olub və özünü qeyri-peşəkar aparıb.
Bəziləri hətta bildiriblər ki, onunla iclaslardan əvvəl fiziki cəhətdən özlərini pis hiss ediblər, ağlayıblar. Hətta onun intihar hissi oyatdığını bildirənlər də olub.
Dominik Raab bu faktlar müstəqil araşdırma ilə təsdiqlənərsə, istefaya gedəcəyini vəd etmişdi.