Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Böyük Britaniya kralı III Çarlzın Şotlandiyadakı iqamətgahının yaxınlığındakı meşədə sirli piramida var.
Britaniya mətbuatı həmin piramidanın mənşəyini araşdırıb.
Məlum olub ki, piramidanın hazırlanmasının çox kədərli hekayəsi var imiş.
10 metr hündürlüyündə olan qranit piramida Şahzadə Albert “kairn”i (“cairn” – təpə kimi qalaqlanmış daşlar) kimi tanınır. Bura 1862-ci ildə Kraliça Viktoriyanın əmri ilə Balmoral qəsri yaxınlığında ucaldılıb. Səbəb isə bir il əvvəl kraliçanın həyat yoldaşını itirməsi olub. Kraliça Viktoriya bu yolla əri Şahzadə Albertin xatirəsini əbədiləşdirmək qərarına gəlib.
Qeyd edək ki, parkda ümumilikdə 16 “kairn” var. Ancaq digərləri Misir piramidasına çox da bənzəmir.
Bunlardan birincisi Şahzadə Albert tərəfindən Balmoral əmlakının alınması münasibətilə inşa edilib. Qalanları Albert və Viktoriyanın uşaqlarının toylarının şərəfinə ucaldılıb. Balmoralda son iki “kairn” 2012-ci ildə III Çarlzın anası Kraliça II Elizabetin hakimiyyətinin 60-cı ildönümünü qeyd edərkən ucaldılıb.
Mənbə: The Sun