Britaniya polisi “Mançester Siti”nin futbolçusunun barda çəkilən görüntülərini araşdırır

Britaniya polisi “Mançester Siti”nin futbolçusunun barda çəkilən görüntülərini araşdırır

Britaniya polisi “Mançester Siti”nin müdafiəçisi Kayl Uokerlə bağlı araşdırmalara başlayıb.

Buna səbəb İngiltərə millisinin üzvünün barların birində çəkilən görüntüsüdür. Futbolçunun sərxoş vəziyyətdə bara daxil olaraq orada şalvarını çıxardığı, rəqs etdiyi və qızların birinin bədəninə toxunduğu video yayılmışdı.

Buna baxmayaraq, Uloker çərşənbə günü “şəhərlilər”in məşqində iştirak edib. Klub 32 yaşlı futbolçuya qarşı tədbir görmək fikrində deyil.

Mənbə: “Daily Mail”

Share: