“Lənkərana xüsusilə Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivalı üçün gəlmişəm”.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld rəsmi “X” hesabında məlumat verib.
“Məhsa Əmininin ölümünün il dönümünü qeyd etdiyimiz bu günlərdə gender bərabərliyi məsələsi hər zamankından daha vacibdir. Sevinirəm ki, festival getdikcə genişlənir və indi regionlarda da keçirilir”, – diplomat qeyd edib.
Səfir həmçinin Lənkəranda öz əməkdaşlarından birinin evində qonaq olub və dadlı təamlara görə təşəkkür edib.
Lənkərana xüsusilə Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivalı üçün gəlmişəm. Məhsa Aminin ölüm il dönümünü qeyd etdiyimiz bu günlərdə gender bərabərliyi məsələsi hər zamankından daha vacibdir. Sevinirəm ki, festival getdikcə genişlənir və indi regionlarda da keçirilir. pic.twitter.com/oXNDm5i5Ua
— FergusAuldFCDO (@FergusAuldFCDO) September 17, 2023
It’s easy being an Ambassador when you have the best team in the world. And it’s always special to get to know them a little better. Thanks to Elmir for introducing me to his parents and their typically hospitable and delicious Lenkaran welcome. pic.twitter.com/bHroHUwIDr
— FergusAuldFCDO (@FergusAuldFCDO) September 17, 2023