Böyük Britaniya tarixində ilk dəfə Temza çayının mənbəyi quruyub. Buna səbəb kimi ölkədə müşahidə edilən anomal istilər göstərilir.
Bildirilir ki, çayın başlanğıcı əvvəlki yerindən 8 km aşağı sürüşüb.
Ekoloqlar iqlim dəyişikliyi fonunda bunun daha sürətlə davam edəcəyi barədə xəbərdarlıq ediblər.
Mütəxəssislər yerli sakinləri sudan daha səmərəli istifadə etməyə çağırıblar.
Mənbə: The Guardian