Cənubi Koreyanın paytaxtı Seulda və ona bitişik ərazilərdə son 80 ilin ən güclü leysanı nəticəsində yeddi nəfər həlak olub, daha altı nəfər itkin düşüb. Bundan başqa, doqquz nəfərin xəsarət aldığı bildirilir.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Leysan səbəbindən dəmiryolu əlaqəsi kəsilib, bir neçə metro stansiyası su altında qalıb, yollar bağlanıb.
Cənubi Koreyanın Meşə Xidməti ölkə üzrə 47 şəhər və rayon üçün sürüşmə xəbərdarlığı edib.