Cavanşir körpüsündə üç günlük araşdırmalar aparılır

Cavanşir körpüsündə üç günlük araşdırmalar aparılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonu, Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq 19, 20 və 21 oktyabr 2023-cü il tarixlərində saat 23:00-dan saat 23:15-ə qədər (15 dəqiqə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Buna səbəb körpüdə aparılan texniki yoxlamalardır.

Layihə rəhbəri Möhsün Şükürov bildirib ki, müxtəlif aparatlar vasitəsi ilə körpünün möhkəmliyi yoxlanılır.

“Hazırda körpünün vəziyyəti ilə bağlı nə isə demək tezdir. Üç günlük monitorinqin sonunda qərar veriləcək”, – deyə o qeyd edib.

Share: