UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçirilib.
İkinci oyun günündə “Qarabağ” – “Viktoriya” matçından əlavə daha iki qarşılaşma baş tutub.
İsrailin “Makkabi” (Hayfa) klubu Serbiya “Srvena Zvezda”sı ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda ev sahibləri qələbəni çətinliklə əldə ediblər. Oyunun gedişində gah bir, gah da digər tərəf hesabda irəli çıxsa da, sonra sevinən İsrail təmsilçisi olub – 3:2
Ukraynanın “Dinamo” (Kiyev) kollektivi isə Portuqaliya “Benfika”sı ilə görüşüb. Məlum səbəblərdən Polşada keçirilən oyun nominal ev sahibinin məğlubiyyətilə başa çatıb – 0:2.
Qeyd edək ki, cütlüklər arasında cavab matçları avqustun 23-də keçiriləcək. Qaliblər artıq məlum olan 26 iştirakçı ilə birgə Çempionlar Liqasının qrup mərhələsinə qatılacaq, məğlub olan komandalar isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcəklər.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
“Makkabi” (Hayfa, İsrail) – “Srvena Zvezda” (Serbiya) 3:2
“Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) 0:2