Cenevrədə Azərbaycanın SPECA-ya sədrliyi müddətində görüləcək işlər müzakirə edildi

Cenevrədə Azərbaycanın SPECA-ya sədrliyi müddətində görüləcək işlər müzakirə edildi

Cenevrədə Azərbaycanın 2023-cü ildə BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramına (SPECA) sədrliyi müddətində görüləcək işlər müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də paylaşım edib.

“SPECA-nın iştirakçı dövlətlərinin nazirlər görüşündə Azərbaycanın sədrliyi müddətində görüləcək işlər, üzv ölkələr arasında əməkdaşlığın təşviqi, milli iqtisadiyyatların səmərəliliyini artırmaq üçün inteqrasiyanın dəstəklənməsi və perspektiv layihələr barədə danışdıq”, – paylaşımda qeyd olunur.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq sahəvi qurumlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

 


Share: