Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson atası Stenli Consonu “Cəngavər titulu”na namizəd göstərib.
Qeyd olunur ki, keçmiş Baş nazir fəxri adlara layiq bildiyi şəxslərin namizədliyini irəli sürmək haqqına sahibdir. Conson 100-ə yaxın şəxsin namizədliyini irəli sürüb. Bu, onun sələflərinin təqdim etdikləri saydan çoxdur. Belə ki, Tereza Mey siyahıya 60 nəfəri, Devid Kemeron isə 62 nəfəri daxil edib.
Eyni zamanda bildirilir ki, 82 yaşlı Stenli Consonun bu titulu alması ilə bağlı şübhələr var. Çünki bir neçə qadın keçmiş Baş nazirin atasını ədəbsiz davranışda ittiham edib.
Stenli Conson 1979-1984-cü illərdə Avropa Parlamentinin deputatı olub. Həmçinin müxtəlif illərdə Avropa Komissiyasında çalışıb.
Mənbə: “The Times”