Türkiyənin Tunceli bölgəsində adı “Qırmızı kitab”a düşən dağ keçiləri duz ehtiyaclarını ödəmək üçün dağlardan magistral yola eniblər.
Həmin vaxt ərazidən keçən sürücü dağ keçilərini telefonuna çəkərək sosial şəbəkələrdə paylaşıb.
Məlumat üçün qeyd edək ki, xüsusi mühafizə altında olan çöl keçiləri nadir hallarda insanların istifadəsində olan ərazilərdə görünürlər.
Mənbə: İHA