Dağıntı altında ən çox neçə saat qalmaq olar?

Dağıntı altında ən çox neçə saat qalmaq olar?

Bu günə qədər dünyada baş verən dağıdıcı zəlzələlərdə yüz minlərlə insan həyatını itirib və ya evsiz qalıb.

Yaşanan böyük ağrılara baxmayaraq, möcüzəyə imza ataraq dağıntılar altından xilas edilən bir çox insan zəlzələlərin simvoluna çevrilib.

Bəs dağıntılar altında neçə gün sağ qalmaq olar?

AZXEBER.COM bununla bağlı araşdırma edib.

Məlum olub ki, qəza zamanı yer, hava və suya çıxış, iqlim, hava şəraiti, dağıntı altında olan şəxsin fiziki və psixoloji vəziyyəti kimi amillər onların nə qədər sağ qala biləcəyinə təsir göstərir.

Uçmuş binanın altında qalanda sağ qalmaq üçün hava və suya çıxış vacibdir. Ancaq bu, həm də zədənin səviyyəsindən asılıdır. Qanamanın olması, sağ qalma şansınızı 24 saatdan çox uzatmağı çətinləşdirir.

1995-ci ildə Cənubi Koreyada baş verən zəlzələdə dağıntılar altından qalan bir nəfər 10 gün sonra sağ çıxarılıb. Onun yağış suyu içərək və karton qutu yeməklə sağ qaldığı bildirilir. O, zehnini aktiv saxlamaq üçün oyuncaqla da oynayırdı.

2008-ci ildə isə Çində baş verən Siçuan zəlzələsində 80 yaşlı qismən iflic olmuş Xiao Zhihu 11 gün sonra dağıntılar altından xilas edilib.

Ərzincanda 1992-ci il martın 13-də baş verən zəlzələdə işlədiyi SSK Xəstəxanada qalan Nurcan Eraslan 8 gün sonra dağıntılar altından çıxarılıb. Üçüncü mərtəbədə qapalı qalan və dağıntı boşluqlarından sızan hava ilə nəfəs ala bilən Nurcan Eraslan səhiyyə işçisi olma təcrübəsi ilə sidiyi və sızan yağış damcılarını içərək sağ qalıb.

Banqladeşdə 2013-cü ilin may ayında bir qadın fabrikin çökməsindən 17 gün sonra dağıntılar altından sağ çıxarılıb. Xilas ediləndən sonra “Bir neçə gün xilasedicilərin səsini eşitdim. Onların diqqətini cəlb etmək üçün çubuqlar və dəmir barmaqlıqlarla dağıntıları vurdum. Heç kim məni eşitmədi. 15 gün quru yeməklə qidalandım. Son iki gündə sudan başqa heç nəyim yox idi”, – deyə bildirmişdi.

2010-cu ilin yanvarında Haitidə 220.000-dən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Riko Dibrivell bir mağazanın dağıntıları altında 14 gün sağ qalıb.

Share: