Dağıntılar altından çıxarılan və baxışları ilə qəlbləri kövrəldən körpənin son vəziyyəti açıqlandı

Dağıntılar altından çıxarılan və baxışları ilə qəlbləri kövrəldən körpənin son vəziyyəti açıqlandı

Türkiyədə əsrin fəlakəti adı ilə tarixə keçən zəlzələdən 107 saat sonra dağıntılar altından çıxarılan iki aylıq körpənin ümumi vəziyyəti yaxşıdır.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca xəbər verib.

“Hatayda 107-ci saatda dağıntılar altından xilas edilən, saatlarla aclığına baxmayaraq, sağ qalan, bütün Türkiyənin ekranlardan tanıyaraq bağrına basdığı körpəmiz Adana Şəhər Xəstəxanasındadır və sağlamlıq vəziyyəti yaxşıdır”, – deyə nazir bildirib.

Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasının baş həkiminin müavini, pediatriya mütəxəssisi Nurşah Kəskin körpənin ana və atasından hələlik məlumat olmadığını bildirib.

“Körpəmiz 5 gün dağıntılar altında qalıb. Sonradan helikopterlə xəstəxanamıza gətirildi. Ümumi vəziyyəti yaxşıdır, kəllə-beyin travması yoxdur. Heç bir əzik və ya xəsarət yoxdur. Onun bu qədər müddətə dağıntılar altında qalması, belə yaxşı olması möcüzədir. Bu, hamımızı yaxşı hiss etdirən, ümid bəxş edən, ürəyimizi isidən bir hadisədir. Körpəmiz yaxşıdır. Onun müalicəsi davam edir, səhhətinin vəziyyəti stabilləşməyib. Hələ valideynləri ilə əlaqə saxlaya bilməmişik”, – deyə o bildirib.

Mənbə: Haber Global

Share: