Dağıstanda “QazEL” markalı avtomobilin sürücüsü maşının kabinəsində 300 il əvvəl yaşamış ləzgi sərkərdənin şəklini yerləşdirib.
Bu barədə “Qovorit Moskva” “Telegram” kanalında məlumat verilib.
Yol polisinin kamerası şəkli sərnişin olaraq qeydə alıb. Sərnişin kəmər taxmadığı üçün də sürücünü cərimələyib. Ona yolda çəkilmiş fotoşəkillə birlikdə 1 000 rubl cərimə yazıldığı barədə məlumat göndərilib.