Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə – Seneqal matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılan İngiltərə yığması 1/4 finala yüksələn ikinci komanda olub.
Onlar bu raundda Fransa ilə qarşılaşacaqlar.
00:16
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə – Seneqal matçında növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 57-ci dəqiqəsində Bukayo Saka İngiltərənin heyətində üçüncü qolu vurub.
00:06
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə – Seneqal matçında ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, ilk hissə İngiltərənin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
23:48
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə – Seneqal matçında ilk hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, hissənin son dəqiqəsində Herri Keyn İngiltərənin ikinci qolunu vurub.
Bundan sonra hakim ilk yarının bitdiyini bildirib.
23:40
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə – Seneqal matçında hesab açılıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Cordan Henderson İngiltərəni önə keçirən qola imza atıb.
23:02
Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda İngiltərə – Seneqal matçı başlayıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma saat 23:00-da start götürüb.
22:07
Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək İngiltərə və Seneqal yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 17. Bukayo Saka, 20. Fil Foden, 22. Cud Bellingem
Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 6. Nampali Mendi, 14. İsmail Yakobs, 15. Krepin Diatta, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 18. İsmaila Sarr, 21. Yussuf Sabali
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.