DÇ-2026: Messi dubl edib tarixi rekorda imza atdı, Argentina zirvədə möhkəmləndi

DÇ-2026: Messi dubl edib tarixi rekorda imza atdı, Argentina zirvədə möhkəmləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Oxu.Az xəbər verir ki, son dünya çempionu Argentina Perunun qonağı olub. “Tanqoçular” Lionel Messinin dublu sayəsində 2:0 hesablı qələbə qazanıblar.

32-ci və 42-ci dəqiqələrdə fərqlənən 36 yaşlı hücumçu yeni rekorda imza atıb. O, dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələləri tarixinin bombardiri adını ələ keçirib. Messi qollarının sayını 31-ə çatdıraraq, uruqvaylı Luis Suaresi geridə qoyub. Suaresin hesabında 29 qol var.

Braziliya isə səfərdə Uruqvaya eyni hesabla yenilib. Qolları Darvin Nunyes və Nikolas de la Kruz vurublar.

Bu nəticələrdən sonra Argentina 12 xalla liderliyini davam etdirir. Braziliyanın 7 xalı var. Komanda Uruqvay və Venesuela ilə 2-4-cü yerləri bölüşdürür.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

Venesuela – Çili – 3:0

Qollar: Soteldo, 45+1, Rondon, 72, Maçis, 79

Paraqvay – Boliviya – 1:0

Qol: Sanabriya, 69

Ekvador – Kolumbiya – 0:0

Share: