DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA

DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda küçədə gecələyən uşaqlarla bağlı açıqlama verib. 

Qurumdan Oxu.Az-a bildirilib ki, uşaqlar polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində tapılıb.

Qeyd edilib ki, hazırda onların aidiyyəti üzrə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

11:04

Bakı şəhərində iki yeniyetmə küçədə gecələyir. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Səməd Vurğun küçəsində iki oğlan küçədə yatır. 

Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. 

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq əməkdaşlar əraziyə yönləndiriliblər:

“Məsələ araşdırılır”.

İlhamə Əbülfət

Share: