Dizayner plastik şüşələrdən 895 avroluq ayaqqabı hazırladı

Dizayner plastik şüşələrdən 895 avroluq ayaqqabı hazırladı

Dizayner və rəqəmsal rəssam Maks Arnautov “Balenciaga” brendi kolleksiyası üçün yeni ayaqqabılar təklif edib.

O, öz layihəsini İnstaqramda təqdim edib.

Arnautovun ayaqqabıları sırf yay fəsli üçün nəzərdə tutulub.

Sənətçinin hesabında paylaşdığı fotoda həmin ayaqqabılar pop müğənnisi Castin Biberin ayağında göstərilib.

O, yay ayaqqabılarını corabla geyinməyi təklif edib.

Arnautov ideyasını 895 avro dəyərində qiymətləndirib.

Share: