Dolph Lundqren ilk dəfə xərçəng diaqnozundan danışdı

Dolph Lundqren ilk dəfə xərçəng diaqnozundan danışdı

Hollivud aktyoru, “Universal Əsgər” filmilə şöhrət qazanmış Dolf Lundqren ilk dəfə qorxunc diaqnozundan danışıb.

65 yaşlı sənətçi bildirib ki, 2015-ci ildə ona böyrək xərçəngi diaqnozu qoyulub. “Həkimlər böyrəyimdə bir şiş tapdılar və onu çıxardılar, sonra biopsiya etdilər və bədxassəli olduğu ortaya çıxdı”, – deyə Lundqren bildirib.

Görülən tədbirlərə baxmayaraq, 2020-ci ildə həkimlər onun böyrək və qaraciyərində 6 metastaz aşkar ediblər. Neoplazmaların cərrahi yolla çıxarılması üçün çox böyük olduğu müəyyən edilib. Döyüş ustası kimyaterapiya kursuna başlamalı olub.

Müalicə nəticəsində şişlərin ölçüləri 20-30 faiz azalıb və aktyor əməliyyat sayəsində xəstəliyə qalib gəlib.

Mənbə: lenta.ru

Share: