Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası

Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası

“İrəvan bizim üçün müqəddəs məna daşıyıb. Atam da, mən də Şəmkirdə doğulmuşuq. Amma bizə bütün həyatımız boyu irəvanlı olduğumuz deyilib”.

Bunu Baku TV-də yayımlanan “Qərbi Azərbaycan xronikası” verilişində

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar deyib.

İcma sözçüsü babasının 1918-ci ildə deportasiya edilməsindən və həmin vaxt onun ailə üzvlərinin itkin düşməsindən danışıb:

“Gecə bacısı babamı oyadıb ki, qaçmalıyıq. Babamın atası və dörd qardaşı ermənilərlə vuruşmaq üçün kənddə qalıb. Bu günə qədər onlar haqqında xəbər yoxdur”.

Ü.Zülfüqar babasının möcüzə nəticəsində xilas olmasından da bəhs edib:

“Babamın bacısı onu kənddən çıxara bilir. Vaqona minəndə soruşublar ki, yanınızda oğlan uşağı var? O da babamı öz ətəyinin altında gizlədib. Cəsarətlə də cavab verib ki, sən burada oğlan uşağı görürsən?!”.

Daha ətraflı süjetdə:

Share: