Dünya Çempionatına ən çox futbolçu göndərən klublar

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün ən çox futbolçu göndərən klublar bəlli olub.

Siyahının ilk pilləsində Almaniya təmsilçisi “Bavariya” qərarlaşıb.

Bu barədə FİFA-nın rəsmi “Twitter” hesabında xəbər verilib.

Bildirilir ki, hazırkı Almaniya çempionlarının 17 futbolçusu səkkiz müxtəlif milli komandada çıxış edəcək: Kamerun (E.Ç.Motinq), Kanada (A.Devis), Xorvatiya (Y.Stanişiç), Fransa (L.Ernandes, D.Yupamekano, B.Pavar, K.Koman), Almaniya (M.Noyer , L.Qoretska, S.Qnabri, L.Sane, C.Musiala, Y.Kimmix, T.Müller), Mərakeş (N.Mazraui), Niderland (M.Ligt), Seneqal (S.Mane).

Bundan başqa “Mançester Siti” və “Barselona”nın hər birini 16 futbolçu, “Mançester Yunayted”i 14, “Real”ı isə 13 oyunçu təmsil edəcək.

Xatırladaq ki, dünya çempionatı bazar günü, noyabrın 20-də turnirin ev sahibi Qətər millisi ilə Ekvador yığması arasında keçiriləcək oyunla başlayır. Dünya çempionatının final oyunu dekabrın 18-də baş tutacaq.

Share: