Dünyada milyarderlərin sayı azalıb

Dünyada milyarderlərin sayı azalıb

2022-ci ildə dünyada milyarderlərin sayı əvvəlki illə müqayisədə 2775-dən 2688-ə, onların ümumi sərvətləri isə 13,1 trilyon dollardan 12,7 trilyon dollara qədər azalıb.

İsveçrənin UBS bankının cümə axşamı Cenevrədə dərc etdiyi hesabata görə, bu tendensiya xüsusilə Rusiyada güclü olub.

Hesabata görə, sərvəti azalan 360 nəfər dollar milyarderləri siyahısından çıxıb.

Eyni zamanda, 273 yeni milyarder planetin ən varlı adamları sırasına qoşulub.

Milyarderlərin əksəriyyəti ABŞ-dədir – 735 nəfər. Ötən illə müqayisədə onların sayı 11 nəfər, ümumi sərvəti isə demək olar ki, 7% artaraq 4,701 trilyon dollara çatıb.

Hesabatdakı məlumatlara görə, Çin milyarderlərin sayına (540) görə ikinci yerdədir. Lakin il ərzində onların sayı 86 nəfər, ümumi sərvəti isə 2,532 trilyon dollardan 2,027 trilyon dollara qədər azalıb. Almaniyada 134 (2 nəfər az), Honq-Konqda 67 (4 nəfər az), Braziliyada 62 (3 nəfər az), Böyük Britaniya 49 (7 nəfər az), Yaponiyada isə 40 (9 nəfər az) milyarder var.

Hesabata görə, Rusiya milyarderlərin sayında və onların aktivlərində 2021-ci illə müqayisədə ən ciddi azalma qeydə alıb. Belə ki, onların sayı 117-dən 83-ə, ümumi sərvəti isə 43,5% azalaraq 578,1 milyard dollardan 326,9 milyard dollara qədər azalıb.

Mənbə: TASS

Share: