Dünyanın ən bahalı və ən ucuz pasportlarına sahib ölkələr açıqlandı

Dünyanın ən bahalı və ən ucuz pasportlarına sahib ölkələr açıqlandı

Pasport qiymətlərinin ən yüksək olduğu ölkələr açıqlanıb. Ən bahalı pasportlar siyahısında ilk yerdə Avstraliya gəlir.

Bu barədə “William Russell” sığorta şirkətinin hesabatından məlum olub.

Bildirilib ki, Avstraliyada pasportun qiyməti 230 dollardır.

Siyahıda ikinci yeri 170 dollarla Meksika tutub. Avropa ölkəsi İsveçrə isə 140 dollarla Meksikanın ardınca gəlir.

Siyahıda 4-cü yerdə İtaliyadır. Bu ölkədə pasportun qiyməti 135 dollardır.

ABŞ 130 dollarla 5-ci yerdə, Yeni Zelandiya 128 dollarlıq pasport qiyməti ilə 6-cı yerdədir.

Siyahıdakı digər ölkələr sırası belədir: Çili (127 dollar), Kanada (125 dollar), Yaponiya (115 dollar).

Türkiyə 110 dollarlıq pasport rüsumu ilə siyahıda 10-cu yerdə qərarlaşıb.

Dünyada pasport üçün ən az pul ödəyən ölkələr siyahısında isə  Çexiya (27 dollar), Latviya (29 dollar), İspaniya (33 dollar), Polşa (35 dollar) və Slovakiya (35 dollar) var.

Mənbə: Haber Global

Share: