Türkiyənin Mardin bölgəsində yaşayan və 2 metr 51 santimetr boyu ilə 13 ildir ki, planetimizin ən uzun boylu adamı olan Sultan Kösen dünyaya sülh və əmin-amanlıq, özünə isə boyuna uyğun avtomobil arzulayıb.
Düz 40 il əvvəl Derik rayonunun Dədə kəndində doğulan və 9 yaşından sonra sürətlə böyüyən Kösen 2009-cu ildə 2 metr 51 santimetr boyu, 27,5 santimetr əli və 36,5 santimetr ayaqları ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Yeni yaşını evdə ailəsi ilə qarşılayan Köseni ölkə daxilində və xaricdəki pərəstişkarları zəng edərək və ya mesaj göndərərək təbrik ediblər.
Kösen Türkiyəni təmsil etməkdən qürur duyduğunu, indiyə qədər 127 ölkəni gəzdiyini bildirib. Uzun boylu olmağın mənfi cəhətlərinin də olduğunu, ancaq bunu üstünlüyə çevirməyə çalışdığını deyən Sultan həyata pozitiv baxışını vurğulayıb.
Mənbə: Haber Global