Dünyanın ən yaraşıqlı kişilərinin SİHAHISI tərtib olundu

Dünyanın ən yaraşıqlı kişilərinin SİHAHISI tərtib olundu

Britaniyalı aktyor Rege Jan-Peyc dünyanın ən yaraşıqlı kişisi seçilib.

Belə ki, Londonda Plastik Cərrahiyyə Mərkəzinin rəhbəri doktor Culian De Silva 34 yaşlı aktyorun üzünü “qızıl qayda” ilə əlaqələndirib. Məlum olub ki, “The Bridgertons” serialının ulduzunun üz nisbətləri 93,65 faizlə ideala yaxındır.

“Klassik yaraşıqlı üzü və qəşəng qəhvəyi gözləri sayəsində Rege qalib gəlib. O, ən yüksək balı gözləri ilə mükəmməl formalı dodaqları arasındakı məsafəyə görə alıb. Aşağı bal aldığı yeganə səbəb isə burnunun eni və uzunluğu olub”, – deyə Plastik Cərrahiyyə Mərkəzinin rəhbəri bildirib.

Doktor De Silvanın fikrincə, dünyanın ən yaraşıqlı kişiləri siyahısında Rege ilə yanaşı, avstraliyalı aktyor Kris Hemsvort, amerikalı aktyor Maykl Bi Cordan və britaniyalı musiqiçi Harri Stayls da var.

Mənbə: Metro

Share: