Dünyanın ən yaşlı iti öldü

Dünyanın ən yaşlı iti öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın Konqeyruş kəndində yaşayan dünyanın ən yaşlı iti ölüb.

Bu barədə “Ginnesin Rekordlar Kitabı”nın saytında məlumat verilib.

Bobi adlı it 2 fevral 2023-cü ildə dünyanın həyatda olan ən yaşlı iti və tarixin ən yaşlı iti kimi tanınıb. 

“Bobi 31 il 165 gün yaşayıb və oktyabrın 21-də Portuqaliyanın Konqeyruş kəndində, Kosta ailəsi ilə birlikdə bütün ömrünü yaşadığı evində vəfat edib”, – deyə məlumatda bildirilib.

Sahiblərinin sözlərinə görə, Bobinin uzunömürlü olmasında səbəb onun bütün ömrünü şəhərətrafı bölgədə, təbiətin qoynunda və sakit mühitdə keçirməsi olub.

Mənbə: News.ru

Share: