Dünyanın ən yaşlı pişiyi necə yaşayır?

Dünyanın ən yaşlı pişiyi necə yaşayır?

Flossi adlı dünyanın ən yaşlı pişiyi özünə ev tapıb. Onun sahibi Londonun cənub-şərqində yaşayan tibb bacısı Viki Qrin olub.

Heyvan sahibindən bir neçə həftə böyükdür. Hazırda Flossinin 27 yaşı var ki, bu da insan ömrünün 120 ilinə bərabərdir.

“Mən əvvəldən Flossinin xüsusi bir pişik olduğunu bilirdim, amma evimi Ginnesin rekordçusu ilə bölüşəcəyimi düşünmürdüm. Onun qayğıya ehtiyacı var. Flossi heç vaxt yaxşı yemək fürsətindən imtina etmir. O, həm də sevimli sarı yorğanında vaxt keçirməyi sevir”, – deyə Qrin bildirib.

Hazırda Flossi demək olar ki, kardır, görmə qabiliyyəti zəifdir, lakin sahibinin fikrincə mehriban və oynaqdır. Flossi uzun ömürlü adını “Ginnesin Rekordlar Kitabı”nın və Pişiklərin Mühafizəsi xeyriyyə təşkilatının nümayəndələrindən alıb. Pişik 1995-ci ildə anadan olub və bu müddət ərzində iki sahibinin ölümünə şahidlik edərək, bir neçə yaşayış yeri dəyişib.

Qeyd edək ki, öncəki rekord  Krim Paff adlı pişiyə məxsusdur. O, 38 il yaşayıb və 2005-ci ilin avqustunda ölüb.

Mənbə: rbc.ru

Share: