Dünyanın ən yaxşı çimərlikləri açıqlandı

Dünyanın ən yaxşı çimərlikləri açıqlandı

“TripAdvisor” səyahət xidməti səyahətçilərin rəyləri və təəssüratları əsasında dünyanın ən yaxşı çimərliklərinin reytinqini tərtib edib. Səsvermənin nəticələri onlayn platformanın rəsmi saytında dərc olunub.

Reytinqin lideri Braziliyanın Fernandu de Noronya arxipelaqında yerləşən kiçik mənzərəli Baya du Sanço çimərliyidir. Təsvirdə göstərilir ki, o, uzaqda yerləşir və bura yalnız daş pilləkənləri piyada enməklə çatmaq olar.

İkinci yerdə Arubanın yumşaq ağ qumlu ən geniş çimərliyi olan “Eagle Beach” qərarlaşıb. Təsvirə görə, burada daşsız və yosunsuz təmiz su var.

Siyahıda üçüncü yeri Avstraliyadakı qumlu çimərlik “Cable Beach” tutur. Səyahətçilər onu üzmək və gün batımını seyr etmək üçün əlverişli adlandırıblar.

Bundan əlavə, dünyanın müxtəlif yerlərində daha 22 yer reytinqə daxil edilib. Onların arasında İslandiyadakı Reynisfyara çimərliyi, Providensialesdəki Qreys Bay çimərliyi, Portuqaliyada Faleziya, Andaman və Nikobar adalarındakı Radhanaqar çimərliyi, Siciliyada “Isola dei Coniglia” və s. yerlərin adları var.

Share: