Əfqanıstanın qərbində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 272 min nəfər əhalisi olan Herat şəhərindən 40 km şimalda yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: TASS