Egey dənizində 4,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat verib.
İdarənin saytında yer alan məlumata görə, saat 19.05-də episentri Egey dənizi olan 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
İzmirin Çeşmə rayonundan 200 kilometr aralıda baş verən zəlzələnin 7,99 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Mənbə: Haber Global