Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransızların çoxu Fələstinin HƏMAS hərəkatının bu il oktyabrın 7-də İsrailə qarşı törətdiyi qəfil hücumdan qorxur.
Bu barədə Fransa İctimai Rəy İnstitutunun (IFOP) sorğusuna istinadən məlumat yayılıb.
Bildirilib ki, fransızların 72%-i oktyabrın 7-də baş verən hücumun eynisinin bir gün Fransaya qarşı baş verəcəyindən qorxur.
Qeyd olunur ki, genişmiqyaslı hücum qorxusu fransızların əhəmiyyətli hissəsinin (37%) Fələstindən (20%) daha çox İsraili dəstəkləməsi ilə izah olunur.
Sorğu həmçinin göstərib ki, fransızların 80%-dən çoxu Fransanın Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin nəticələrini hiss edəcəyindən qorxur.
Mənbə: gazeta.ru