Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli ölkə çempionatının yeni mövsümündə ilk qolunu vurub.
Oxu.Az xəbər verir ki, forvard “Osiyek”lə səfər matçında fərqlənib.
30-cu dəqiqədə meydana çıxan futbolçu 71-ci dəqiqədə, komandası hesabda 0:2 geri olarkən fərqlənib və geri dönüşün təməlini qoyub. Son dəqiqələrdə “Dinamo” daha iki qol vuraraq çətin qələbə qazanıb – 3:2.
M.Emrelinin komandası beş matçda topladığı 10 xalla dördüncüdür.