Türkiyənin Kahramanmaraş şəhərinin sakini açdığı “Enkaz kafe” ilə diqqət mərkəzinə düşüb.
O, zəlzələdən sonra binaların dağıntıları altında topladığı əşyaları yeni açdığı kafedə nümayiş etdirir.
Həmən şəxs bildirib ki, sahibsiz qalan əşyalar yaşadıqları zəlzələnin miqyasını unutmamağa kömək edəcək, həyatını itirənləri yad etmək üçün bir səbəb olacaq.
“Enkaz kafe”nin sahibi tapdığı əşyaları həyatını itirən şəxslərin qohumlarına təhvil verməyə hazır olduğunu da əlavə edib.
Mənbə: İHA