İsveç telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson”un Rusiyadakı törəmə şirkəti müştəri dəstəyi biznesini satdığını elan edib.
Bu barədə “Ericsson”un mətbuat xidməti məlumat yayıb.
“Ericsson”un təxminən 40 əməkdaşının, eləcə də bu bizneslə bağlı müəyyən aktivlərin və müqavilələrin təhvil verilməsi nəzərdə tutulur. Müştəri xidməti biznesi avadanlıqlarının, proqram təminatının və ya əlaqəli xidmətlərin Rusiyadakı mobil operatorlara ötürülməsi isə nəzərdə tutulmur”, – şirkətin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Rusiyada “Ericsson”un 400-ə yaxın əməkdaşı artıq işdən çıxarılmaları barədə məlumatlandırılıb və fəaliyyətlərinin dayandırılması ilə əlaqədar şirkəti tərk ediblər.
Xatırladaq ki, daha əvvəl İsveç şirkəti bəyan etmişdi ki, ilin sonuna qədər Rusiyadakı nümayəndəliyini bağlayacaq və bütün işçilərini ixtisar edəcək.
Mənbə: rbc.ua