Ermənilərin viran qoyduğu Əmir Səəd məqbərəsi

Ermənilərin viran qoyduğu Əmir Səəd məqbərəsi

Baku TV və Qərbi Azərbaycan İcmasının birlikdə həyata keçirdiyi sosial çarxlar silsiləsindən növbəti videoçarx yayımlanıb.

Bu dəfə Ermənistanda Göy Məsciddən sonra başqa ölkəyə məxsusmuş kimi qələmə verilən başqa bir tarixi abidəmiz – Əmir Səəd məqbərəsi haqqında məlumat verilir. İcmanın sözçüsü Ülviyyə Zülfiqar videoçarxda məqbərənin 1413-cü ildə Qaraqoyunlu əmiri Əmir Səədin sərdabəsi üzərində, oğlu Pir Hüseyn tərəfindən inşa edildiyini, ötən əsrin ortalarında məqbərənin günbəzinin ermənilər tərəfindən qızıl axtarmaq adı ilə dəlindiyini bildirib.

Sözçü qeyd edib ki, İrəvanın cəmi 5 kilometrliyindəki abidə uzun illərdir Ermənistan tərəfindən Türkmənistan abidəsi kimi təqdim edilir. Videonun sonunda “Qərbi Azərbaycanda dağıdılan, başqa ölkələrə məxsus kimi təqdim edilən tarixi abidələrimizə ədalət tələb edirik”- deyə bildirilib.

Share: