Ev dustaqlığındakı iranlı fəalın xanımı: “Qadın qətlinin damğası həmişəlik rejimin alnında qalacaq”

Ev dustaqlığındakı iranlı fəalın xanımı: “Qadın qətlinin damğası həmişəlik rejimin alnında qalacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İran hakimiyyətinə xəbərdarlıq edirəm ki, ölkəmizin qadın və qızları ilə əlbəyaxa müharibəyə son qoysunlar. Məcburi hicab qanununu ləğv edin, əks halda qadın qətlinin damğası həmişəlik sizin hökumətin alnında qalacaq”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İranda 13 ildən artıqdır ki, ev dustaqlığında saxlanılan “Yaşıl Hərəkatın” liderlərindən Mirhüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd bəyan edib.

O, “əxlaq polisi” tərəfindən məcburi hicaba görə 16 yaşlı qız Armita Gəravəndin öldürülməsinə reaksiya verib və hökumətin məcburi hicaba qarşı etiraz edən qızları öldürməsinə toxunaraq deyib:

“Məhsa Əmini hərəkatında öldürülənlər kimi günahsız qızlar və bunun davamı olaraq məktəbli Armita Gəravənd hökumətin qətlgahında qurban verilir. Sonda isə bu qətllərin üstü bir sıra xəstəlik adı ilə və ya intiharla ört-basdır edilir”.

 

Share: