“Amerikanın əfsanəvi prezidenti Duayt Eyzenhauerin Vaşinqtondakı monumental abidəsinin müəllifi Bakıdan gedən sənətkardır”.
Bu barədə ADA Universitetinin prorektoru, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin üzvü Fariz İsmayılzadə sosial şəbəkədə paylaşım edib.
O yazıb ki, bu abidə 2021-ci ildə Bakıdan, Azərbaycandan gələn Sergey Eylanbekov tərəfindən ucaldılıb.
Sergey Eylanbekovun əsərlərinə dünyanın müxtəlif yerlərində ictimai yerlərdə və şəxsi kolleksiyalarda rast gəlmək olar.