FHN Sumqayıtda radiasiya fonunun normanı keçməsi ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.

20:30

Sumqayıtda radiasiya aşkarlanıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Metallurq küçəsindəki zavodların birinin ərazisində qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunublar. Ərazi mühafizə olunub.

Qeyd edək ki, radiasiya zavodların birinin daxilində 4 metr dərinlikdə aşkarlanıb. Dərhal işçilər və yaxınlıqda olan sakinlər evaukasiya olunublar.

Share: