Filippin Sahil Mühafizəsi Çini ittiham etdi: “Gəmi ekipajımızı müvəqqəti olaraq kor etdilər”

Filippin Sahil Mühafizəsi Çini ittiham etdi: “Gəmi ekipajımızı müvəqqəti olaraq kor etdilər”

“Çin Sahil Mühafizəsi gəmisi keçən həftə Cənubi Çin dənizindəki mübahisəli sularda Filippin gəmisinin ekipajına lazer silahı yönləndirib və onları müvəqqəti olaraq kor edib”.

Filippin Sahil Mühafizəsi bu iddia ilə çıxış edib.

Bu barədə Filippin Sahil Mühafizəsinin rəsmi “Facebook” səhifəsində paylaşım edilib və lazerin yaşıl şüasının əks etdirildiyi bir fotoşəkil yayımlanıb.

Fotoya verilən şərhdə iddia olunub ki, Çin gəmisi Filippin gəmisinə 137 metr yaxınlaşaraq təhlükəli manevrlər edib.

İddialara görə, hadisə fevralın 6-da Çinin Nanşa adaları kimi tanınan Spratli adaları yaxınlığında baş verib. Çin tərəfi bu ittihama cavab verib.

Çin Xarici İşlər Nazirliyi bununla bağlı verdiyi açıqlamada bildirib ki, Filippin gəmisi icazəsiz olaraq Çin tərəfinə keçib.

“Çin öz suverenliyini müdafiə edib”, – deyə nazirlikdən qeyd olunub.

Share: