Finlandiya polisi məlumat verib ki, ölkənin aparıcı pilotlarından biri Selanpaya hava limanı yaxınlığındakı Kouvolada aviaşousu zamanı ölüb.
Təyyarə hava akrobatikası ilə məşğul olarkən meşəyə düşüb. Pilot ölüb, lakin tamaşaçılar xəsarət almayıb.
Mərhumun adı açıqlanmayıb.
Qeyd edək ki, tədbirdə Finlandiyanın ən yaxşı iki pilotu Sten Stokman və Harri Kanto çıxış ediblər.
Mənbə: gazeta.ru