Samuxda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, Gəncə şəhər Məhsəti qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşad Rəsulov qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib.
Onun hansı şəratdə bıçaqlanması məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.