Poliqonda tullantıların yandırılması sakinlərin narazılığına səbəb olub.
Xezerxeber.az xəbər verir ki, Göyçayın Qarabaqqal kənd ərazisindəki zibil poliqonunda yanmadan sonra yaranan tüstü yaşayış evlərinə qədər gedib çatır.
Kəndlərə yaxın olan ərazi sahibsiz itlərin, həmçinin vəhşi heyvanların yuvasına çevrilib.
Məsələ ilə bağlı Göyçay şəhər Təsərrüfatı Birliyinin, sanitar təmizlik sahəsindən bildirilib ki, üç hektar ərazini əhatə edən məişət tullantılarının yığıldığı ərazi ilə bağlı yeni layihə həyata keçiriləcək.
O da qeyd edilib ki, bundan sonrada hal-hazırda mövcud olan problemlər aradan qaldırılacaq.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik: