Günəşdəki partlayışın kometanın quyruğunu parçaladığı an qeydə alındı

Günəşdəki partlayışın kometanın quyruğunu parçaladığı an qeydə alındı

Günəşdəki partlayış “Nişimura” kometasının quyruğunu parçalayıb. Həmin anlar astrofotoqraflar tərəfindən lentə alınıb.

Kadrlarda kametanın uzanan quyruğunun dağılması görünür.

NASA-nın keçmiş astronomu Toni Filips bunun Günəşdə Tac kütlə atılması (və ya sürətli Günəş küləyinin) kometaya vurması nəticəsində yarandığını bildirib.

Həmin vaxtdan “Nişimura”nın quyruğu uzanıb, lakin tədqiqatçılar bunun uzun müddət davam etməyəcəyini bildiriblər, çünki daha çox Tac kütləsi yoldadır.

Məlumata görə, quyruqlu ulduz sentyabrın 12-də Yerin yaxınlığından keçəcək, sentyabrın 17-də isə Günəş ətrafında fırlanaraq dərin kosmosa qayıdacaq.

C/2023 P1 (“Nishimura”) kometası ilk dəfə keçən ay Yaponiyada həvəskar astronom Hideo Nişimura tərəfindən rəqəmsal kameradan istifadə edilərək aşkar olunub.

Mənbə: TRT Haber

Share: